Sumqayıt Texnologiyalar Parkı (STP) gənc və perspektivli insanlar üçün ilkin təcrübə tələb etməyən ödənişli təcrübə proqramını həyata keçirir. “Sənin Təcrübə Proqramın” adlanan layihə 18-30 yaşarası gənclərin ixtisas-peşə biliklərinin artırılması və bacarıqlarının iş sahəsində inkişaf etdirilməsi məqsədini daşıyır.

 

STP-dən “Azərbaycan müəllimi” qəzetinə bildirilib ki, layihə iştirakçılara ilk peşə təcrübəsini istehsal sənayesinin qabaqcıl şirkətlərindən birində əldə etmək imkanı yaradır. Bundan savayı, fəaliyyət zamanı xüsusi həvəs, bilik və bacarığı ilə seçilənlər müəssisədə iş fəaliyyətini davam etdirmək imkanını əldə edirlər.

 

Qeyd edək ki, bu layihə STP-nin həyata keçirdiyi ilk təcrübə proqramı deyil. Hazırda yüzdən çox belə proqram iştirakçısı STP-də iş fəaliyyətinə davam edir. Bu cür layihələrlə STP həm bilikli və bacarıqlı gəncləri öz fəaliyyətinə cəlb edir, həm də istehsal sahəsində kadr çatışmazlığının azalmasına töhfə verir. STP-nin təcrübə proqramlarında iştirak edənlər asanlıqla başqa müəssisələrdə iş tapa bilirlər. Layihədə orta məktəb, peşə-ixtisas, lisey, kollec və ali təhsilli  gənclər iştirak edə bilər. Arzulayanlar təhsil (əgər varsa), iştirak etdiyi əlavə kurs və təlimlər haqqında sənədləri (əgər varsa), CV-lərini mövzu hissəsində “STP 6 aylıq təcrübə proqramı” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

 

Bildirilib ki, müraciətlərin qəbulu mayın 20-dək davam edəcək. Ondan sonra göndərilən müraciətlərə  isə baxılmayacaq.

 

Qeyd olunub ki,  seçilmiş namizədlər Texnoparkda 6 ay işləyəcək  və aylıq 300 azn əməkhaqqı alacaqlar.

 

Müəssisə 5 günlük iş qrafiki ilə çalışır. Zavod işçiləri 08:00-17:00, ofis işçiləri 09:00-18:00-dək işləyəcəklər. İşçilər nahar və nəqliyyat xidməti ilə də təmin ediləcək.

 

“Sənin Təcrübə Proqramın” aşağıdakı vakansiyaları əhatə edir:

Təcrübə üzrə vakansiya Təhsil tələbi

  1. Mühəndis avtomatik Ali
  2.  Mexanik Orta/ Peşə / Ali
  3. Operator Orta/ Peşə / Ali
  4. Avtomobil təmiri üzrə usta Orta/ Peşə / Ali
  5. Elektrik montyoru Ali
  6. İlməkçi / Fəhlə (Yükləyici) Orta/ Peşə / Ali
  7. Laborant Ali
  8. Polimer qaynaqçısı Orta/ Peşə / Ali
  9. Qaynaqçı (əl-elektrod, yarımavtomat, arqon) Orta/ Peşə / Ali
  10. Quraşdırıcı çilingər Orta/ Peşə / Ali
  1.  Təmirçi çilingər Orta/ Peşə / Ali
  1. Rəngsaz Orta/ Peşə / Ali
  2. Qumlayıcı Orta/ Peşə / Ali
  3. Hidravlik-çilingər Orta/ Peşə / Ali
  4. Elektrik-çilingər Orta/ Peşə / Ali
  5. Tornaçı Orta/ Peşə / Ali
  6. Dülgər Orta/ Peşə / Ali
  7. Qaz kəsicisi Orta/ Peşə / Ali

 

Ruhiyyə DAŞSALAHLI