Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim və tələbələrinin iştirakı ilə "Biznes modeli lövhəsi" mövzusunda onlayn mühazirə keçirilib.

 

AzTU-dan bildirilib ki, Kiyev Biznes Konsaltinq Agentliyinin direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Tatyana Qerasimova və  AzTU-nun iqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı  kafedrasının dosenti  Sədaqət Əbdürrəhmənovanın moderatorluğu ilə keçirilən mühazirədə biznes modelləri və postpandemiya dövründə biznesin inkişaf etdirilməsi yolları barədə məlumat verilib.

 

İki saat davam edən mühazirə rus dilində keçirilib.