Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru Azər Əliyev BDU-nun tələbələri üçün “Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsi keçib.

 

Əvvəlcə BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev dünyanın bir sıra ölkələrində yayılmaqda davam edən koronavirus (COVİD-19) pandemiyasının ehtimal olunan təhlükələrinin qarşısının alınması üçün bütün dünyada, eləcə də ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb.

 

“Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsini verən professor A. Əliyev fors major anlayışının mahiyyəti, Azərbaycan Respublikası Mülki Məcəlləsində fors-major hallarının hüquqi tənzimlənməsi, alman hüquq sistemi, Konstitusiya Məhkəməsinin bu sahədəki fəaliyyəti, koronavirus fors-major halı hesab oluna bilərmi, fors-major şərtləri ilə bağlı ətraflı məlumat verib.

 

Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərsi 100-ə yaxın iştirakçı dinləyib.

 

Qarşılıqlı diskussiya şəraitində davam edən ustad dərsi sualların cavablandırılması ilə başa çatıb.