Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb.

 

BDU-dan verilən məlumata görə, mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Rəqsanə Əsədova və Aslan Əzimzadənin ifasında “Deyirəm uşaqlar heç ağlamasın” mahnısı, jurnalistika fakültəsinin tələbəsi Rəşad İmanov və hüquq fakültəsinin tələbəsi Firavan Əlizadənin təqdimatında "Körpə gülüşü - Sevinc Himni" adlı kompozisiya səsləndirilib. Kompozisiyanın ideya və mətn müəllifi universitetin əməkdaşı Nigar Qayyumdur.

 

Ədəbi-musiqili kompozisiya BDU TV-nin texniki dəstəyi ilə hazırlanıb.