Azərbaycan Texniki Universitetində (AzTU) 2019-2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.

 

Universitetdən bildirilib ki, imtahanlar onlayn formada, şifahi üsulla aparılır. 

 

Tələbələrə imtahanların başlamasına 15 gün qalmış hər fənn üzrə 25 sual təqdim olunub. Onlar bu suallardan istədiyi 5 sualı cavablandırıb qiymət ala biləcəklər.

 

Qeyd olunub ki, bakalavrların biliyinin qiymətləndirilməsində ilk dəfə olaraq fənn müəllimləri ilə yanaşı,  2-ci kurs əlaçı magistrlar arasından seçilən tələbələrin də rəyi nəzərə alınacaq.

 

İyunun 8-dən başlayan imtahanlar iyulun 10-dək davam edəcək.