Azərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyası müddətində yarana biləcək şikayətlərin operativ həlli məqsədilə ali məktəbin  rəsmi saytında onlayn apelyasiya bölməsi yaradılıb. 

 

Universitetdən bildirilib ki, tələbələr onlayn apelyasiyaya müraciət etmək üçün əvvəlcə qeydiyyatdan keçməlidir. Daha sonra tələbə elektron kabinetinə daxil olub “müracət et” düyməsini sıxaraq, orada tələb olunan bölmələri doldurur və müraciətini göndərir.

 

Yeni yaradılan sistemdə tələbələrin müraciətinə baxılma vaxtı göstərilir. Müraciətə baxılma vaxtına 30 dəqiqə qalmış tələbəyə onlayn apelyasiyada iştirakı üçün Zoom proqramı üzərindən link göndərilir. Müraciət edən tələbənin onlayn apelyasiyaya qoşulması məcburidir. Bildirilib ki, tələbənin onlayn apelyasiyaya qoşulmaması onun müraciətinin geri götürülməsi kimi qiymətləndirilir. Müraciətə baxıldıqdan sonra yekun qərar tələbəyə elan edilir, həmçinin məlumat onun elektron kabinetində yerləşdirilir.