Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Abşeron Logistika Mərkəzində olub.

 

Universitetdən verilən məlumata görə, görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və mərkəzin direktoru Ziya Ağayev əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər. Söhbət zamanı Abşeron Logistika Mərkəzində birgə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması təklifi bəyənilib. Bu əsasda Nəqliyyat və Logistika, Beynəlxalq Ticarət və Logistika ixtisasları üzrə təhsil alan bakalavr, magistr və doktorant tələbələr üçün tədrisin yenidən qurulması, birgə elmi-təqdiqatların aparılması nəzərdə tutulub.