İyunun 17-də Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçirilib. 

 

Bakı Mühəndislik  Universitetində baş tutan final mərhələsində ümumilikdə 72 şagird iştirak edib. İştirakçılara təqdim edilən 5 alqoritmik məsələnin həlli üçün 5 saat vaxt verilib. Şagirdlər 2 yarımqrupda yuxarı yaş qrupu və aşağı yaş qrupu üzrə yarışıblar. 

 

Olimpiadanın keçirildiyi mərkəzlərdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb.

 

Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.