Yeni reytinq universitetlərin tədqiqatçılıq fəaliyyətinin güclənməsini üzə çıxarıb

 

Pandemiya böhranının bütün dünyada ali məktəblərin normal akademik və elmi  fəaliyyətini pozmasına baxmayaraq bir sıra universitetlər hazırkı  ağır dövrdə də qlobal reytinqlərdə öz mövqelərini  yaxşılaşdıra biliblər. Yaxşılaşdırma isə pandemiyanın qarşısının alınması istiqamətində universitetlərin elmi tədqiqatlara daha artıq fokuslanması  və bu sahədə töhfə verməsi səyləri  ilə bağlıdır. Beləliklə də pandemiya dövrünün ilk qlobal reytinqindən də görünür ki,  universitetlərin tədqiqatçılıq fəaliyyəti onlara  akademik mühitdə və işəgötürənlər arasında daha üstünlük qazandırıb.

 

Bu ilin ilk  “QS World University Rankings 2021” reytinqi dünyanın 80-dən artıq ölkəsindən ən yaxşı 1000 ali təhsil müəssisəsini əhatə edir.  Reytinqdə yer alan ali məktəblərin sayına görə ABŞ üstünlüyə malikdir. Ötənilki reytinqdə  158 universitetlə təmsil olunan ABŞ bu dəfə sıralamada 151 universitetlə yer alıb. Daha sonra Böyük Britaniya 84, Çin 51, Almaniya 45 (ötən il 46), Yaponiya yenidən 41 universitetlə təmsil olunur.  Reytinqə Rusiyanın 28 (ötən il 25) ali məktəbi daxil olub. 

 

Bu ilin ən yaxşı 1000 universiteti sırasına 47 yeni ali məktəb ilk dəfə daxil olub. Bütövlükdə isə  yeni reytinq 5500-dən çox universiteti qiymətləndirib.  Massaçusets Texnologiya İnstitutu (MIT) rekord seriyasını davam etdirib, ali məktəb 9 ildir ki, ardıcıl olaraq sıralamaya başçılıq edir. İlk 10-luqda aşağıdakı universitetlər yer alıb:  1.Massachusetts Institute of Technology (MIT), 2.Stanford University, 3.Harvard University, 4.California Institute of Technology (Caltech), 5.University of Oxford, 6.ETH Zurich - Swiss Federal Institute of Technology, 7.University of Cambridge, 8.Imperial College London, 9.University of Chicago, 10.UCL.

 

Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti bu il sıralamada ötənillə müqayisədə 8 sıra yüksəlib və 74-cü yerdə qərarlaşıb. MDU-nun rektoru, akademik V.A.Sadovniçi ölkənin aparıcı ali təhsil müəssisəsinin inkişafı ilə bağlı səylərinin yüksək qiymətləndirilməsi münasibətilə universitetin əməkdaşları və tələbələrini  təbrik edib. O, QS-in yeni tədqiqatının nəticələrini şərh edərək qeyd edib ki, MDU  növbəti dəfə aparıcı beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb və Rusiyanı qlobal elmi-təhsil məkanında layiqincə təmsil edir. Rektor  ali məktəbin akademik nüfuzunun möhkəmləndirilməsini xüsusi vurğulayıb və bunu MDU əməkdaşlarının həyata keçirdikləri elmi tədqiqatların ən yüksək səviyyəsi ilə əlaqələndirib.

 

Bu il reytinqlər bütün dünya üçün çətin bir vaxtda tərtib olunur,  COVID-19 həm universitetlərə, həm də tələbələrə təsir göstərir.  Bununla belə, ekspertlər qeyd edirlər ki, COVID-19 pandemiyası ilə əlaqədar universitetlərin üzləşdikləri dəyişikliklər izsiz keçməyəcək,  ali məktəblərin təşkilati və texniki inkişafına təkan verəcək.

 

QS  universitetlərin səmərəliliyinin qiymətləndirilməsi üçün altı meyardan istifadə edib: akademik mühitdə reputasiya (40%), müəllim-tələbə nisbəti (20%), işəgötürənlər arasında nüfuz (10%), sitat gətirmə indeksi (20%), əcnəbi  müəllimlərin və əcnəbi tələbələrin sayı (5%). Meyarlar üzrə qiymətləndirmələr çoxlu sayda məlumatların təhlili əsasında əldə edilib: reytinq tərtibçiləri 13 milyondan  çox elmi nəşri təhlil ediblər,  93 milyondan artıq sitatı nəzərə alıb, 240 mindən çox işəgötürən və 1,5 milyon akademik icma nümayəndəsini  sorğulayıblar.

 

Reytinqlə daha ətraflı www.topuniversities.com/ university-rankings/world-university-rankings/2021 səhifəsindən tanış olmaq olar.

 

Rey-tinq

Ali məktəbin adı

Ölkə

1

Massachusetts Institute of Technology (MIT)

ABŞ

2

Stanford University

ABŞ

3

Harvard University

ABŞ

4

California Institute of Technology (Caltech)

ABŞ

5

University of Oxford

Böyük Britaniya

6

ETH Zurich - Swiss Federal Institute of Technology

İsveçrə

7

University of Cambridge

Böyük Britaniya

8

Imperial College London

Böyük Britaniya

9

University of Chicago

ABŞ

10

UCL (University College London)

Böyük Britaniya

11

National University of Singapore (NUS)

Sinqapur

12

Princeton University

ABŞ

13

Nanyang Technological University, Singapore (NTU)

Sinqapur

14

EPFL

İsveçrə

15

Tsinghua University

Çin

16

University of Pennsylvania

ABŞ

17

Yale University

ABŞ

18

Cornell University

ABŞ

19

Columbia University

ABŞ

20

The University of Edinburgh

Böyük Britaniya

21

University of Michigan-Ann Arbor

ABŞ

22

The University of Hong Kong

Honkonq

23

Peking University

Çin

24

The University of Tokyo

Yaponiya

=25

Johns Hopkins University

ABŞ

=25

University of Toronto

Kanada

=27

The Hong Kong University of Science and Technology

Honkonq

=27

The University of Manchester

Böyük Britaniya

29

Northwestern University

ABŞ

30

University of California, Berkeley (UCB)

ABŞ

=31

The Australian National UniversityMore

Avstraliya

=31

King's College LondonMore

Böyük Britaniya

=31

McGill UniversityMore

Kanada

34

Fudan UniversityMore

Çin

35

New York University (NYU)More

ABŞ

36

University of California, Los Angeles (UCLA)

ABŞ

37

Seoul National University

Cənubi Koreya

38

Kyoto University

Yaponiya

39

KAIST - Korea Advanced Institute of Science & Technology

Cənubi Koreya

40

The University of Sydney

Avstraliya

41

The University of Melbourne

Avstraliya

42

Duke University

ABŞ

43

The Chinese University of Hong Kong (CUHK)

Honkonq

44

The University of New South Wales (UNSW Sydney)

Avstraliya

45

University of British Columbia

Kanada

46

The University of Queensland

Avstraliya

47

Shanghai Jiao Tong University

Çin

48

City University of Hong Kong

Honkonq

49

The London School of Economics and Political Science (LSE)

Böyük Britaniya

50

Technical University of Munich

Almaniya

51

Carnegie Mellon University

ABŞ

52

Université PSL

Fransa

53

Zhejiang University

Çin

54

University of California, San Diego (UCSD)

ABŞ

55

Monash University

Avstraliya

56

Tokyo Institute of Technology (Tokyo Tech)

Yaponiya

57

Delft University of Technology

Niderland

58

University of Bristol

Böyük Britaniya

59

Universiti Malaya (UM)

Malayziya

60

Brown University

ABŞ

=61

University of Amsterdam

Niderland

=61

Ecole Polytechnique

Fransa

62

The University of Warwick

Böyük Britaniya

63

Ludwig-Maximilians-Universität München

Almaniya

64

Ruprecht-Karls-Universität Heidelberg

Almaniya

65

University of Wisconsin-Madison

ABŞ

=66

National Taiwan University (NTU)

Tayvan

=66

Universidad de Buenos Aires (UBA)

Argentina

=69

Korea University

Cənubi Koreya

=69

University of Zurich

İsveçrə

71

University of Texas at Austin

ABŞ

=72

Osaka University

Yaponiya

=72

University of Washington

ABŞ

74

Lomonosov Moscow State University

Rusiya

75

The Hong Kong Polytechnic University

Honkonq

76

University of Copenhagen

Danimarka

=77

Pohang University of Science And Technology (POSTECH)

Cənubi Koreya

=77

University of Glasgow

Böyük Britaniya

79

Tohoku University

Yaponiya

80

Georgia Institute of Technology

ABŞ

81

The University of Auckland

Yeni Zelandiya

82

University of Illinois at Urbana-Champaign

ABŞ

83

Sorbonne University

Fransa

84

KU Leuven

Belçika

85

Yonsei University

Cənubi Koreya

86

Durham University

Böyük Britaniya

87

University of Birmingham

Böyük Britaniya

88

Sungkyunkwan University(SKKU)

Cənubi Koreya

89

Rice University

ABŞ

90

University of Southampton

Böyük Britaniya

91

University of Leeds

Böyük Britaniya

92

The University of Western Australia

Avstraliya

=93

The University of Sheffield

Böyük Britaniya

=93

University of Science and Technology of China

Çin

95

University of North Carolina, Chapel Hill

ABŞ

96

University of St Andrews

Böyük Britaniya

97

Lund University

İsveç

98

KTH Royal Institute of Technology

İsveç

99

University of Nottingham

Böyük Britaniya

100

Universidad Nacional Autónoma de México (UNAM)

Meksika

 

 

Oruc MUSTAFAYEV