Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunda 2019-2020-ci tədris ilində təhsilini başa vuran II kurs magistrantların magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib.

 

AMEA-nın həqiqi üzvi, akademik V.M.Əlizadənin sədrliyi və 9 nəfərdən ibarət Elmi Şura üzvlərinin iştirakı ilə keçirilən İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov və Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak edib.

 

İclasda 3 ixtisas üzrə 4 magistrant: AMEA Botanika İnstitutundan “Mikologiya” ixtisası üzrə 2 magistrant, AMEA Mikrobiologiya İnstitutundan ”Mikrobiologiya” ixtisası üzrə 1 magistrant və AMEA Zoologiya İnstitutundan ”Onurğalılar zoologiyası” ixtisası üzrə 1 magistrant dissertasiya işlərini təqdim edib.

 

Sonda dissertasiya işləri müvafiq meyarlar üzrə qiymətləndirilib və səsvermə nəticələrinə əsasən, magistrantlara magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.