Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  Dizayn ixtisasına qəbulda yenilik tətbiq olunacaq.

 

Ali məktəbdən bildirilib ki, yeni qaydalara əsasən, 2020/2021-ci tədris ili üzrə UNEC-in Dizayn ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı verməyəcəklər. Həmin ixtisasa qəbul 11-ci sinif üzrə buraxılış imtahanlarının  nəticələrinə əsasən aparılacaq.

 

UNEC-in Dizayn ixtisasına qəbul olunan abituriyentlər üçün daha bir fürsət isə modern memarlıq elementləri ilə zəngin olan yeni kampusda təhsil almaq imkanıdır. Yeni tədris binasında müasir standartlara cavab verən auditoriyalar, mühazirə otaqları, laboratoriyalar, yeməkxana, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları bu ildən tələbələrin istifadəsinə veriləcək.