Azərbaycan Dövlət İqtisad Universitetinın (UNEC) əməkdaşı Seyran Cəfərli Rumıniyada keçirilən “Altın Alma 2020” 36-cı Beynəlxalq Satira və Yumor festivalında xüsusu mükafata layiq görülüb.

 

UNEC-dən verilən məlumata görə, Bistrita şəhər Mədəniyyət və Sənət Evinin kecirdiyi fesivala 57 ölkədən 800-dən cox karikaturaçının 1700 əsəri təqdim olunub. UNEC-in Marketinq və kommunikasiya departamentinin əməkdaşı S.Cəfərlinin təqdim etdiyi karikatura əsəri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.  

 

42-dən çox beynəlxalq karikatura müsabiqəsinin münsiflər heyətinin üzvü olan S. Cəfərli 100-dən artıq mükafat, o cümlədən BMT-nin xüsusi mükafatını qazanıb. Onun beynəlxalq karikatura müsabiqələrində 1000-dən çox əsəri sərgilənib və albomlarda dərc edilib. Belçika, Türkiyə, Fransa və İranda isə fərdi sərgiləri təşkil olunub.

 

S.Cəfərlinin koronavirus pandemiyasına həsr etdiyi karikatura əsəri məşhur Niderland saytı olan Cartoon Movement-də TOP 10-a daxil edilib.