Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020/2021-ci tədris ilindən II ixtisas qrupu üzrə Beynəlxalq ticarət və logistika ixtisası açılıb.

 

Universitetdən bildirilib ki, Beynəlxalq ticarət və logistika ixtisası üzrə təhsil alan bakalavrlar gələcəkdə öz ixtisasları üzrə iqtisadiyyat, mühasibatlıq, beynəlxalq ticarət, logistika və digər mühüm əhəmiyyət kəsb edən sahələrə aid nəzəri və praktik biliklərə yiyələnəcəklər.

 

İxtisas 4 dildə (Azərbaycan, türk, ingilis və rus) müvafiq fakültələrdə tədris olunacaq.

 

Qeyd olunub ki, UNEC-də bakalavr dərəcəsində II qrupu üzrə Maliyyə, Mühasibat, İqtisadiyyat, Biznesin idarəedilməsi, Statistika, Beynəlxalq ticarət və logistika, Marketinq, Menecment və Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarına qəbul aparılır.