Azərbaycan Texniki Universitetində (AzTU) iyulun 27-dən başlayan onlayn yay semestri davam edir. Yay məktəbi akademik borcu qalan tələbələrin müraciətlərini nəzərə alaraq fənlər üzrə könüllülük prinsipi və ödənişli əsaslarla təşkil edilir.

 

AzTU-dan bildirilib ki, 2019-2020-ci tədris ili üzrə universitetdə təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib.  Dərslər 6 həftə müddətində onlayn formada davam edəcək. İmtahan sessiyası isə yay semestrinin sonuncu həftəsində, yəni 31 avqust- 4 sentyabr tarixlərində keçiriləcək.

 

Qeyd edilib ki, ki, yay semestrində tələbənin götürdüyü fənlərin krediti 10-dan çox olmamalıdır.