Dünyanın ən yaxşı universitetlərinin yeni reytinqi açıqlanıb


Müasir dünya trendləri  universitetlər qarşısında əmək bazarının sərt tələblərinə uyğun rəqabətqabiliyyətli, yüksək hazırlıqlı, səriştəli, XXI əsrin bacarıqlarına  malik mütəxəssislərin hazırlanması kimi  mühüm vəzifələr qoyur.  İndi işəgötürənləri də gələcək illərdə məzunların texnoloji inqilablar dövrü ilə ayaqlaşmasını təmin edəcək  daha keyfiyyətli  ali təhsil maraqlandırır.  Hansı universitet mövcud dövrün tələblərinə daha keyfiyyətli mütəxəssis hazırlığı ilə cavab verir?

 

Çinin   “Academic Ranking of World Universities” (dünya universitetlərinin akademik reytinqi), “Shanghai Ranking” (Şanxay reytinqi) və ya qısaca ARWU   növbəti dəfə bu suala cavab verməyə çalışıb.  2020-ci il üzrə  dünyanın keyfiyyətli ali təhsil xidmətləri təqdim edən universitetlərinin Şanxay reytinq cədvəlinə 17 ildir ki, fasiləsiz olaraq  Harvard Universiteti başçılıq edir.  Reytinqin ön sıralarında əsasən ABŞ və Böyük Britaniya universitetləri yer alıb: 1.Harvard Universiteti, 2.Stanford Universiteti, 3.Kembric Universiteti, 4.Massaçusets Texnologiya İnstitutu, 5.Kaliforniya Berkli Universiteti, 6.Prinston Universiteti, 7.Kolumbiya Universiteti, 8.Kaliforniya Texnologiya İnstitutu, 9.Oksford Universiteti, 10.Çikaqo Universiteti.

 

Beləliklə də dünyanın ən yaxşı ali məktəblərinin ilk onluğunda səkkiz yeri ABŞ-ın,  iki yeri  Böyük Britaniyanın ali məktəbləri tutur. Rusiyanın  M.V.Lomonosov adına Moskva Dövlət Universiteti dünya universitetlərinin akademik reytinqində 93-cü yeri tutub.  MDU ötən illə müqayisədə (87-ci yer) 6 xana geriləyib. ARVU-nun versiyasına görə, bu il dünyanın 1000  aparıcı universiteti  siyahısında 11 Rusiya ali məktəbi  var.  “Kontinental Avropada ilk dəfə olaraq ARVU reytinqinə düşmüş Paris-Sakle Universiteti (14-cü yer) ən yaxşı ali təhsil ocağı kimi tanınıb. Daha sonra Sürix Federal Texnologiya İnstitutu  (20-ci yer) qərarlaşıb. Asiyada  aparıcı mövqe Tokio Universitetinə (26-cı yer) məxsusdur. Sinxua Universiteti (29-cu yer) qitədə ikinci yerə çıxmaqla Kioto Universitetini (34-cü yer) qabaqlayıb.  Okeaniyada aparıcı mövqeni  Melburn Universiteti (35-ci yer) göstərib”, - deyə reytinq tərtibçiləri bildirib.

 

Bu il Şanxay reytinqində  Amerika ali məktəbləri üstünlük təşkil edir. İlk 10-luğa  8,  100-lüyə 41,  500-lüyə 133, top-1000-liyə isə 206 universitet daxil olub.   Çin reytinqdə  168 universitetlə təmsil olunub, onlardan 81-i top-500-lükdə, 6-sı top-100-lükdə qərarlaşıb.  Reytinqə bütövlükdə Britaniyanın 65 universiteti daxil olub, onlardan 36-sı top-500-lükdə yer alıb,  8 universitet isə ən yaxşı 100 ali məktəb arasındadır.

 

Reytinqə Türkiyənin 11 universiteti daxil olub:   İstanbul Universiteti (401-500), Hacettepe Universiteti (601-700), İstanbul Texnik  Universiteti (601-700), Dokuz Eylul Universiteti (701-800), Ege Universiteti  (701-800), Ankara Universiteti (801-900),  Bilkənt Universiteti (801-900), Yaxın Şərq Texnik Universiteti (801-900),  Erciyes Universiteti  (901-1000), Gazi Universiteti (901-1000), Mərmərə Universiteti  (901-1000).

 

Qeyd edək ki,  ARWU reytinqi universitetlərin akademik uğurlarının qiymətləndirilməsi sahəsində ən etibarlı vasitələrdən biri hesab olunur.  Reytinq üçün ən əhəmiyyətli göstəricilər ali məktəblərin Nobel və riyaziyyat üzrə Filds  mükafatı almış məzunlarının və müəllimlərinin sayı, “Nature”  və “Science”  elmi jurnallarında dərc olunmuş məqalələrin sayı və onlara olan istinadlar, eləcə də “Science Citation Index” - “Expanded” və  “Social Sciences Citation Index”  verilənlər bazasında indeksə olunmuş jurnallarda bir universitet əməkdaşına düşən məqalələrin sayı əsas götürülür.

 

Şanxay reytinqinin spesifikliyi ondan ibarətdir ki, ali təhsil müəssisələri onun üçün xüsusi olaraq heç bir məlumat  hazırlamırlar - şirkət ali məktəb müəssisələrinə aid olan bütün məlumatları müstəqil şəkildə toplayır və təhlil edir.  Bu il tədqiqat gedişində  dünyanın müxtəlif ölkələrindən 1800-dən  çox universitet  qiymətləndirilib, onlardan yalnız 1000 ali məktəb  ümumi reytinqə daxil ola bilib.

 

Xatırladaq ki, Shanghai Ranking Consultancy-ali təhsilin keyfiyyəti məsələləri üzrə tədqiqat və konsaltinq xidmətləri göstərən müstəqil təşkilatdır. Dünya universitetlərinin illik akademik reytinqi (ARVU) şəffaf metodologiya və obyektiv  məlumatlar  əsasında  dünyanın aparıcı universitetlərinin müəyyən olunması məqsədilə 2003-cü ildən nəşr olunur.

 

Daha ətraflı http://www.shanghairanking.com/ARWU2020.html səhifəsindən tanış olmaq olar.

 

 

Tutduğu yer

Ali məktəbin adı

Ölkə

Milli

reytinq

Topladığı

bal

1

Harvard University

ABŞ

1

100.0

2

Stanford University

ABŞ

2

74.2

3

University of Cambridge

Böyük Britaniya

1

70.6

4

Massachusetts Institute of Technology (MIT)

ABŞ

3

69.6

5

University of California, Berkeley

ABŞ

4

65.8

6

Princeton University

ABŞ

5

61.1

7

Columbia University

ABŞ

6

58.6

8

California Institute of Technology

ABŞ

7

57.7

9

University of Oxford

Böyük Britaniya

2

57.2

10

University of Chicago

ABŞ

8

54.6

11

Yale University

ABŞ

9

53.5

12

Cornell University

ABŞ

10

50.4

13

University of California, Los Angeles

ABŞ

11

50.3

14

Paris-Saclay University

Fransa

1

49.6

15

Johns Hopkins University

ABŞ

12

48.3

16

University College London

Böyük Britaniya

3

46.6

16

University of Washington

ABŞ

13

46.6

18

University of California, San Diego

ABŞ

14

46.3

19

University of Pennsylvania

ABŞ

15

46.2

20

ETH Zurich

İsveçrə

1

46.1

21

University of California, San Francisco

ABŞ

16

42.8

22

University of Michigan-Ann Arbor

ABŞ

17

41.0

23

University of Toronto

Kanada

1

40.9

23

Washington University in St. Louis

ABŞ

18

40.9

25

Imperial College London

Böyük Britaniya

4

40.3

26

The University of Tokyo

Yaponiya

1

40.1

27

Duke University

ABŞ

19-20

39.2

27

New York University

ABŞ

19-20

39.2

29

Tsinghua University

Çin

1

38.1

30

Northwestern University

ABŞ

21-22

37.6

30

University of North Carolina at Chapel Hill

ABŞ

21-22

37.6

32

University of Wisconsin - Madison

ABŞ

23

37.4

33

University of Copenhagen

Danimarka

1

36.9

34

Kyoto University

Yaponiya

2

36.3

35

The University of Melbourne

Avstraliya

1

36.0

36

PSL University

Fransa

2

35.5

36

The University of Manchester

Böyük Britaniya

5

35.5

38

University of British Columbia

Kanada

2

35.4

39

Sorbonne University

Fransa

3

35.3

40

University of Minnesota, Twin Cities

ABŞ

24

35.0

41

The University of Texas at Austin

ABŞ

25

34.9

42

The University of Edinburgh

Böyük Britaniya

6

34.7

43

Rockefeller University

ABŞ

26

34.4

44

University of Colorado at Boulder

ABŞ

27

34.2

45

Karolinska Institute

İsveç

1

33.9

45

University of Illinois at Urbana-Champaign

ABŞ

28

33.9

47

King's College London

Böyük Britaniya

7

33.6

48

The University of Texas Southwestern Medical Center at Dallas

ABŞ

29

33.0

49

Peking University

Çin

2

32.4

49

University of California, Santa Barbara

ABŞ

30

32.4

51

University of Munich

Almaniya

1

32.3

52

Utrecht University

Niderland

1

31.6

53

University of Maryland, College Park

ABŞ

31

31.5

54

Technical University of Munich

Almaniya

2

31.4

54

The University of Queensland

Avstraliya

2

31.4

56

University of Zurich

İsveçrə

2

31.3

57

Heidelberg University

Almaniya

3

30.9

58

Zhejiang University

Çin

3

30.7

59

University of Geneva

İsveçrə

3

30.6

60

University of Oslo

Norveç

1

30.3

61

University of Southern California

ABŞ

32

30.1

62

Vanderbilt University

ABŞ

33

30.0

63

Shanghai Jiao Tong University

Çin

4

29.6

64

University of Bristol

Böyük Britaniya

8

29.3

65

University of Paris

Fransa

4

29.1

66

Ghent University

Belçika

1

28.9

67

The Australian National University

Avstraliya

3

28.8

67

The University of Texas M. D. Anderson Cancer Center

ABŞ

34

28.8

69

Aarhus University

Danimarka

2

28.7

69

Stockholm University

İsveç

2

28.7

69

University of California, Irvine

ABŞ

35

28.7

69

University of Groningen

Niderland

2

28.7

73

University of Science and Technology of China

Çin

5

28.6

74

The University of New South Wales

Avstraliya

4-5

28.5

74

University of Helsinki

Finlandiya

1

28.5

74

University of Sydney

Avstraliya

4-5

28.5

77

Uppsala University

İsveç

3

28.4

78

McGill University

Kanada

3

28.3

79

Purdue University - West Lafayette

ABŞ

36

28.0

80

Erasmus University Rotterdam

Niderland

3-4

27.7

80

Leiden University

Niderland

3-4

27.7

80

National University of Singapore

Sinqapur

1

27.7

83

Nagoya University

Yaponiya

3

27.2

83

Swiss Federal Institute of Technology Lausanne

İsveçrə

4

27.2

85

Monash University

Avstraliya

6-7

27.1

85

The University of Western Australia

Avstraliya

6-7

27.1

87

University of Bonn

Almaniya

4

27.0

88

University of Basel

İsveçrə

5

26.9

88

University of Florida

ABŞ

37

26.9

90

Boston University

ABŞ

38

26.7

91

Nanyang Technological University

Sinqapur

2

26.3

91

University of California, Davis

ABŞ

39

26.3

93

Moscow State University

Rusiya

1

26.2

93

Weizmann Institute of Science

İsrail

1

26.2

95

Carnegie Mellon University

ABŞ

40

26.1

96

University of Pittsburgh

ABŞ

41

26.0

97

KU Leuven

Belçika

2

25.9

98

McMaster University

Kanada

4

25.8

99

Université Grenoble Alpes

Fransa

5

25.7

100

Fudan University

Çin

6

25.5

 

 

Oruc MUSTAFAYEV