Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə beynəlxalq ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə qəbula start verilir.

 

Qəbul 4 ixtisas üzrə həyata keçirilir. Bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək. 

 

Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 2 sentyabr 2020-ci il tarixinədək müraciət etməlidirlər.

 

İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.