Mingəçevir Dövlət Universitetinin (MDU) administrativ heyəti, müəllim və texniki işçiləri üçün “Microsoft Teams Proqramı və onun imkanları” mövzusunda təlim keçiriləcək.

 

Ali məktəbdən bildirilib ki, təlimin keçirilməsində məqsəd pandemiya dövründə məsafədən təhsil zamanı MDU əməkdaşlarının Microsoft Teams proqramında qazanılan təcrübələrini daha da genişləndirmək və yeni tədris ilinə hazırlığını tam təmin etməkdir. Təlimlər Microsoft Teams proqramının icrası və ondan istifadə qaydalarını əhatə edəcək.

 

Təlimin Microsoft Teams platformasında universitetin administrativ heyəti, müəllim və texniki işçiləri üçün müxtəlif vaxtlarda keçirilməsi nəzərdə tutulub.

 

Təlimlər MDU-nun informasiya texnologiyaları kafedrasının müəllimləri tərəfindən həyata keçiriləcək.

 

Təlimin proqramını təqdim edirik.