Bakı Slavyan Universitetinin (BSU)  magistraturasına 2020-2021-ci tədris ilində 19 ixtisaslaşma üzrə 99 nəfər qəbul olunub.

 

Universitetdən bildirilib ki, bu il Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası, həmçinin ingilis bölməsi üzrə Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşmasına magistrant qəbulu aparılıb.

 

Qeyd edək ki, BSU-ya ingilis bölməsi üzrə Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşmasına magistrant qəbulu BSU ilə Bolqarıstan Respublikasının tanınmış və nüfuzlu ali təhsil müəssisəsi olan Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında magistr proqramı hazırlığı üzrə ikili diplom layihəsi çərçivəsində bağlanılmış müqaviləyə əsasən həyata keçirilib. Bu da universitetin beynəlxalq əlaqələrinin daha da genişlənməsi, eləcə də ali təhsilin magistratura səviyyəsində müasir dövr üçün tələb olunan kadrların hazırlanması istiqamətində atdığı növbəti uğurlu bir addım kimi qiymətləndirilir.

 

Bildirilib ki, BSU rəhbərliyinin dəstəyi ilə Magistratura şöbəsinin əməkdaşları tərəfindən magistrantların onlayn formada qeydiyyatı yüksək səviyyədə təşkil edilib.