Azərbaycan Texniki Universitetində (AzTU) yeni tədris ilinə hazırlıq işləri aparılır.

 

İnstitutdan AZƏRTAC-a bildirilib ki, pandemiya səbəbindən dərslər onlayn formada başlayacaq. Ötən tədris ilinin ikinci semestrindən fərqli olaraq onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilib. Dərslərin “Microsoft Teams” platforması üzərindən təşkili üçün lazımi hazırlıq işləri həyata keçirilib. Eyni zamanda, internet problemi olan tələbələrin onlayn dərslərə qoşulması üçün onlar internet paketi ilə təmin ediləcək.

 

AzTU-da müvafiq istiqamətdə tədrislə bağlı da yeni qaydalar tətbiq edilib. Belə ki, Türkiyənin OSTİM Texniki Universitetinin planı əsasında tədris 4 səviyyədə aparılacaq. AzTU-nun 2020-2030-cu illər üzrə strateji inkişafplanı hazırlanıb və görüləcək işlər sənəddə qeyd olunan ardıcıllıqla davam etdirilir.