Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun “Geomorfologiya və ətraf mühit” adlı yeni kitabı nəşr olunub.

 

İnstitutdan bildirilib ki, coğrafiya üzrə elmlər doktoru Hüseyn Xəlilovun müəllifi  olduğu kitabda geomorfologiyanın, xüsusilə də relyef və ətraf mühit arasında qarşılıqlı əlaqənin bir sıra problem məsələlərinə həsr edilmiş elmi, qismən də elmi-populyar məqalələr toplanıb.

 

Məqalələrdə Azərbaycanda geomorfologiya elminin inkişafı, relyefin mühit əmələgətirici funksiyası baxımından ekoloji şəraitə təsiri və faydalı qazıntı yataqlarının axtarışında rolu ilə yanaşı, ölkənin təbiət abidələri, onların ekoturizm əhəmiyyəti, eləcə də Xəzər dənizinin səviyyə tərəddüdünün bəzi aspektləri haqqında məlumatlar yer alıb.

 

Qeyd edək ki, kitab Yer elmləri sahəsində çalışan mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri,  eləcə də geniş oxucu kütləsi üçün yararlı ola bilər.