Bakı Mühəndislik Universitetinə (BMU) 2020/2021-ci tədris ilində bakalavr pilləsi üzrə qəbul olan abituriyentlərin qeydiyyatı ölkədə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq onlayn formada həyata keçiriləcək. Abituriyentlər 25 sentyabr- 7 oktyabr tarixinədək  onlayn qeydiyyatdan keçməlidirlər.

 

Universitetdən bildirilib ki, onlayn qeydiyyatın aparılması üçün məlumat və tələb olunan sənədlərin siyahısı BMU-nun rəsmi www.beu.edu.az saytında yerləşdirilib.           

 

Müəyyən olunmuş müddətdə abituriyentin qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.