Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrundakı döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfərlər qazanan ordumuza dəstək olub. Cəmiyyətdəki milli həmrəylikdən və Milli Ordunun cəhbəboyu apardığı uğurlu hərbi əməliyyatlardan ruhlanaraq könüllü şəkildə Silahlı Qüvvələrə Yardım Fonduna 24 min manat vəsait köçürüb.

         

Bu barədə universitetdən məlumat verilib.

 

Bildirilib ki, AzMİU-nun  professor-müəllim heyətindən tutmuş texniki işçilərinədək hamı bir nəfər kimi Vətənin bütövlüyü uğrunda vuruşan əsgərlərimizin bu şanlı döyüşdə tam qələbə  çalacağına, tezliklə üçrəngli Azərbaycan bayrağının erməni əsarətindən azad ediləcək bütün torpaqlarımızda dalğalanacağına əmindirlər.

        

Xatırladaq ki, bundan əvvəl də AzMİU kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürmüşdü.