Azərbaycan Texniki Universitetinin (AzTU) telekommunikasiya və informasiya təhlükəsizliyi kafedrasının professoru Bayram İbrahimov Avstriyanın Vyana şəhərində 20 - 22 oktyabr tarixlərində keçiriləcək “Rabitə və texnologiyaların idarə edilməsi və tətbiqi” adlı beynəlxalq konfransın təşkilat komitəsinin üzvü seçilib.

 

Universitetdən bildirilib ki, alim eyni zamanda konfransın “Elektrik və optik rabitə və idarəetmə sistemlərində innovativ texnologiyaları”  bölməsinə sədr təyin edilib.

 

B.İbrahimov konfransda “PON, WDM və DWDM  texnologiyaları bazasında optik telekommunikasiya sistemlərinin göstəricilərinin analizi və tədqiqi” mövzusunda çıxış edəcək. Konfransın məruzələrinin “IEEE Xplore”  və “Scopus” jurnallarının müvafiq bölməsində çap olunması nəzərədə tutulur.