Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna mənəvi dəstək məqsədi ilə təqaüdlərini Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər. Belə ki, ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Eyyub İsmayıl, Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Gülüstan Kərimova və Rəhimə Abbasova, magistratura səviyyəsi üzrə Texniki sistemlərdə informasiya və idarəetmə ixtisasının tələbəsi Pakizə Paşayeva bu ay 1 aylıq təqaüdlərini Fonda bağışlayıblar.

 

Təhsil ocağından bildirilib ki, BANM-in  tələbələri və məzunları informasiya savaşında da  fəaldırlar.

 

Onlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sosial şəbəkə platformalarından istifadə etməklə kiber fəzada olduqca fəallıq nümayiş etdirirlər.