Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

 

İnstitutun direktoru, Elmi şuranın sədri, akademik Validə Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.  O, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmrilə ordumuzun cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatı zamanı qazandığı uğurları qələbə kimi vurğulayib, işğal altındakı şəhər və kəndlərimizin azad olması münasibəti ilə iştirakçıları təbrik edib, tezliklə bayrağımızın Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda göylərə yüksələcəyinə inandığını söyləyib.

 

İnstitutun direktor müavini, professor E.Novruzov karantin rejimi şəraitində Biologiya və Tibb Elmləri Bölməsindən daxil olan tapşırıqların icrası və institut əməkdaşlarının nüfuzlu jurnallarda çap olunan yazıları  haqqında məlumat verib.

 

Təhsil şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru  Kəmalə Əsədova institutun magistraturasına qəbulla bağlı elmi şura üzvlərini məlumatlandırıb.

 

Sonda institutun dövrü jurnallarının nəşri, magistratura təhsili, struktur dəyişikliyi, əmək intizamı (karantin rejiminin uzadılması və rejimə ciddi riayət və s.) və digər məsələlərin müzakirəsi aparılıb.