Azərbaycan Milli  Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilov Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən VI Beynəlxalq TÜRKCESS “Təhsil və Sosial Elmlər Konqresi”ndə iştirak edib.

 

12 ölkənin 200-dən çox elm və təhsil adamlarının qatıldığı tədbirdə T.Xəlilov “Naxçıvanın Tunc dövrü mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə Naxçıvan ərazisindəki qədim yaşayış yerləri və nekropollardan aşkar olunmuş Erkən, Orta və Son Tunc dövrü arxeoloji materiallardan bəhs edilib. Qeyd olunub ki, Maxta, Ovçulartəpəsi, Xələc, I Kültəpə, II Kültəpə, Qızılburun, Şahtaxtı, digər abidələrin hər birində Naxçıvanın zəngin tarixi, mədəniyyəti yaşayır və aşkar olunan arxeoloji materiallar, maddi, mənəvi mədəniyyətimizə aid əldə olunan elmi faktlar Naxçıvanın qədim türk yurdu olduğunu sübut edir.