Naxçıvan Dövlət Universitetinin (NDU) “Elmi əsərlər” jurnalının “Fizika-riyaziyyat və texniki elmlər” seriyası çapdan çıxıb.

 

Jurnalın  bu nömrəsində Riyaziyyat və mexanika, Fizika, Texniki elmlər adlı bölmələrdə elm və təhsil müəssisələrində çalışan əməkdaşların əldə etdiyi yeni elmi nəticələr öz əksini tapıb.

 

“Elmi əsərlər” jurnalının çap olunan 218 səhifədən ibarət “Fizika-riyaziyyat və texniki elmlər” seriyasında  55 müəllifin 37 elmi məqaləsi nəşr olunub ki, onların da əksəriyyəti universitet əməkdaşlarıdır.   

 

Universitetin əsas hədəflərindən biri mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik “Elmi əsərlər” jurnalının potensialından geniş istifadə etməkdir. Son illər jurnalın elm aləmində daha geniş təmsil olunması üçün nüfuzlu elmi təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur.

 

Jurnal beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiya olunmaq üçün onun nömrələri onlayn şəkildə universitetin rəsmi internet saytında yerləşdirilir. Nəşr innovativ elmi nəticələrin əldə olunması baxımından ölkə səviyyəsində səmərəli elmi axtarışların aparılmasına etibarlı zəmin yaradır.