Təhsil işçiləri, məktəblilər Müzəffər Ali Baş Komandana müraciət ünvanlayırlar


Müzəffər Ali Baş Komandanımız!

 

Əzəli torpağımız Qarabağımızın işğalçılardan azad olunması münasibətilə Sizə şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm.

Çiçəklənən, qüvvətlənən, bütövləşən Azərbaycanın gələcəyi uğrunda apardığınız möhtəşəm işlərinizdə Sizə böyük uğurlar arzu edirəm.

Qoy şanlı Vətənimiz Azərbaycan daim var olsun!

Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Var olsun, qalib Ordumuz!

 

Hörmətlə,

Mahir Səlimov,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının dosenti

 

 

Hörmətli cənab Prezident.

 

Azərbaycan xalqına bəxş etdiyiniz bu qürur və fəxarətə görə Sizə hədsiz minnətdarlığımızı bildiririk. Uzun illərdən bəri xalqımızı, bizləri həyatımızda, mənəviyyatımızda, şəxsiyyətimizdə başıaşağı edən, utanc yerimiz olan haqsızlığı məharətli diplomatik qabiliyyətinizlə, rəşadətli sərkərdəliyinizlə aradan qaldırdınız və çətin bir vəziyyətdə hiyləgər ermənilərə qalib gəldiniz.

Bu əməllərinizlə Siz xalqımızın yaddaşında xilaskar rəhbər, qalib Komandan kimi əbədi yaşayacaqsınız.

Uca Allah Sizi qorusun!

 

Hörmətlə,

Rzayev Orucəli,

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının əməkdaşı

 

 

Müzəffər Ali Baş Komandan.

 

Qədim Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə məktəbin bütün müəllim və şagird heyəti adından Sizi təbrik edirik. Sizə möhkəm cansağlığı, bu şərəfli işinizdə daha böyük uğurlar arzulayırıq.

İnanırıq ki, tezliklə Azərbaycanın üçrəngli Bayrağı Ağdam şəhərində dalğalanacaq. Allah Sizə və igid əsgərlərimizə yardımçı olsun! İnşallah!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Hörmətlə,

S.Həsənov adına Əfətli kənd tam orta məktəbinin kollektivi adından məktəbin direktoru və müəllimi

 

Həsənova Sara Baxış qızı,

Həsənova Şərifə Behbud qızı,

Ağdam rayonu, Əfətli kəndi

 

 

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

 

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın tam Qələbəsi ilə başa çatması bizi hədsiz sevindirdi. Bu Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirik. Biz fəxr edirik ki, Sizin kimi Liderimiz, yenilməz Prezidentimiz var. Məhz Sizin işgüzar fəaliyyətiniz sayəsində Azərbaycan Ordusu şanlı Qələbəyə nail oldu. Artıq Siz xalqımızın şanlı tarix yazan qəhrəman Sərkərdəsisiniz.

Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!

 

Hörmətlə,

Dövlət İdarəetmə və Texnologiya kollecinin kollektivi adından

 

Həzrət Qocayev,

Zaqatala şəhəri

 

 

Hörmətli Prezident cənab İlham Əliyev.

 

Mənfur düşmən üzərində qazandığımız qələbə münasibətilə Sizi və bütün xalqımızı təbrik edirik. Biz hər şey üçün Sizə və başçılıq etdiyiniz şanlı Ordumuza minnətdarıq, cənab Prezident!

Xalqımızın rifahı və Azərbaycanın gələcək inkişafı naminə bütün fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Yaşasın Azərbaycan!

 

Hörmətlə,

Cavanşir Qasımov adına kənd tam orta məktəbinin kollektivi adından

 

Abdullayev Nemət Əlizaman oğlu,

Masallı rayonu, Banbaşı kəndi

 

 

Müzəffər Ali Baş Komandan.

 

Sizi, müzəffər Ordumuzu və Azərbaycan xalqını möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. Dövlətimizin ərazi bütövlüyünü bərpa edərək böyük uğura imza atdınız. Bu işi qəhrəmanlıqla  və  canı  bahasına  həyata  keçirən  igid  əsgər və zabitlərimizə cansağlığı, şəhidlərimizə isə rəhmət diləyirəm.

Allah Sizi qorusun!

 

Hörmətlə,

 

Həsənəli Aslanov,

Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, Gəncə şəhəri

 

 

Müzəffər Ali Baş Komandan.

 

Bəzi beynəlxaq güclərin bizim əleyhimizə olduğu bir vaxtda şəxsi və siyasi iradə nümayiş etdirərək, xalqımıza qələbə sevinci yaşatdığınız üçün Sizə təşəkkürümüzü bildiririk.

Azərbaycan xalqının adını dünyanın qalib və məğrur xalqı kimi tarixə yazdığınız üçün Sizə minnətdarıq. Qələbəmiz mübarək!

Yaşasın Azərbaycan!

 

Hörmətlə,

95 nömrəli orta məktəbin kollektivi adından

 

Kərim Novruzov,

Ağdam rayonu

 

Hörmətli cənab Prezident.

 

Sizi və bütün Ordumuzu Qələbə günü münasibətilə təbrik edirəm. Xalqımıza böyük Qələbə sevinci yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin müdrikliyinizə və qətiyyətinizə əminik. Xalqımızın, dövlətimizin mənafelərini qorumaq üçün davamlı səy göstərdiyinizə də inanırıq. Uca Allah qətiyyətinizi, gücünüzü daim artırsın və Sizin vasitənizlə xalqımızı gücləndirsin. Tanrı Sizi qorusun!

Hörmətlə,

 

Rzayeva Almaz İbad qızı,

90 yaşlı Əməkdar müəllim, Göygöl şəhəri

 

 

Salam, İlham babam.

 

Mən balaca olsam da, bu gözəl günləri görür və buna sevinirəm. Sizi qədim şəhərimiz olan Şuşanın alınması münasibətilə təbrik edirəm. Əminik ki, Sizin sayənizdə Qarabağımıza məktəbdən ekskursiya təşkil ediləcək, biz də Şuşanı və digər gözəl yerlərimizi görəcəyik.

Mən Sizi çox sevirəm və dərslərimi əla oxuyaraq, Azərbaycana, Sizə layiqli övlad olacağam.

Hörmətlə,

 

Müzəffərli Alsu Müzəffər qızı,

Bakı şəhəri, Nizami rayonu