Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, istedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, nüfuzlu sərgilərin iştirakçısı Mir Azər Abdullayev igid döyüşçülərin qəhrəmanlığına, saxta erməni təbliğatının ifşasına, tariximizin təhrif olunmasına dair bir sıra əsərlər yaradıb.

 

Universitetdən bildirilib ki, onun bu mövzudakı son əsəri “Qalib” adlanır.

 

Rəssam kətan üzərində yağlı boya texnikası ilə çəkdiyi əsərini Azərbaycan Əsgərinin Qələbəsinə həsr edib.