Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turniri təşkil edilib. 17 ölkə və 403 iştirakçının yarışdığı turnir onlayn formada keçirilib. 

 

Artıq ikinci dəfədir ki sözügedən yarışda iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Belə ki, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov bu turnirdə bürünc medal qazanıb. 

 

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi  "Azercell Telekom" şirkətinin dəstəyi ilə hayata keçirilir.