Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir:

 

“Hörmətli həmvətənlər!

 

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ̆ Azərbaycandır!”