Bakı Mühəndislik Universitetinin (BMU) memarlıq və inşaat fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının I kurs tələbələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda edən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər. Onlayn formada keçirilən Ümumi kimya dərsinə tələbələr şəhidlərin şəkilləri və onların adları ilə daxil olublar.

 

Universitetin pedaqoji fakültəsinin Biologiya müəllimliyi ixtisasının tələbələri də profillərinə şəhidlərimizin fotolarını yerləşdirib, dərsə onların adları ilə daxil olub, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərimizə həsr edilən videoçarx hazırlayıblar.