44 günlük Şanlı Vətən müharibəsində yurdumuzun hər yerindən və bütün təbəqələrdən yüzlərlə oğullar şəhidlik zirvəsinə ucalaraq Zəfəri inşa etdilər. Onların arasında müxtəlif ali təhsil müəssisələrinin tələbə və məzunları da yer alır. Bu sırada dünənin, bu günün, sabahın vətənpərvər gənclərini tərbiyə edən müəllimləri yetişdirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbə və məzunları da ön sıralarda idi. Belə ki, tarixə "Dəmir Yumruq Əməliyyatı" adı ilə də düşən mübarizəmizdə ADPU-nun 10-larla tələbə, eləcə də  məzunu Şəhid və Qazi mərtəbəsinə yüksəlib.

 

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektorluğu Vətən müharibəsində şəhid olan 8 nəfər universitet  məzununun adlarını  və fotolarını təqdim edib.

 

  • 1. Tahirov Firdovsi Balaxan oğlu - Tarix və coğrafiya fakültəsi
  • 2. Baş leytenant Əzizov Elgün Elman oğlu - ADPU-nun Şamaxı filialı
  • 3. Leytenant Nəbiyev Orxan Rza oğlu - ADPU-nun Şamaxı filialı
  • 4. Baxışova Arəstə - Azərbaycan Dövlət Pedaqoji Kolleci. II Qarabağ müharibəsinin ilk xanım şəhidi
  • 5. Lətifov Rəvan  - Keçmiş Coğrafiya və GÇH fakültəsi
  • 6. Nüsrətli Ceyhun Vaqif oğlu - Kimya və biologiya fakültəsi
  • 7. Ömərov Qoşqar - Riyaziyyat fakültəsi
  • 8. Baş leytenant Abbasov Ağaqardaş  İlham oğlu - ADPU-nun Ağcabədi filialı

 

Onları qürurla  anır, ruhları qarşısında  baş əyirik!