Cəlilabad Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən "Könlüm keçir Qarabağdan" adlı rəsm müsabiqəsinə yekun vurulub. 

       

Onlayn platformada və 6-12 yaş qrupu üzrə təşkil edilən müsabiqədə rayon üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

       

Təhsil şöbəsinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən qiymətləndirmə aparılaraq I, II və III yerlərin qalibləri müəyyən edilib. Belə ki, I yerə Fərzili kənd ümumi orta məktəbin VI sinif şagirdi Kərimova Leyla Fəqani qızı, II yerə Göytəpə şəhər 2 nömrəli tam orta məktəbin V sinif şagirdi Ağayeva Leyla Amil qızı, III yerə Dövlətəlibəyli kənd tam orta məktəbin V sinif şagirdi Həsənli İlham Rasim oğlu layiq görülüb. Qaliblər Cəlilabad RTŞ-nin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.

        

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda vətənpərvərlik ruhunu tərbiyə etmək, vətənə sevgi və məhəbbət hissini aşılamaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir.