2020-ci ilin oktyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn kafedrasının bazasında yaradılan UNEC Dizayn Məktəbi Qarabağ Moda Evinin yaradılması barədə maraqlı layihə ilə çıxış edib.

 

Layihənin məqsədi Qarabağ geyimləri və həmin geyimlərdə olan elementlərin müasir geyimlərdə tətbiq olunaraq bütün dünyada tanıdılmasından ibarətdir. XVIII, XIX əsrlərdə bu bölgənin insanlarının geyim tərzi, həmin geyimlərdə əks olunan milli xüsusiyyətlər Qarabağın iqtisadi dirçəlişi prosesində paralel olaraq araşdırılacaq və hazırlanacaq geyim nümunələri turistlərin diqqətinə təqdim olunacaq. Hazırda bununla əlaqədar atlas da hazırlanır, gələcəkdə isə Qarabağ geyimlərinin dünyada təbliği üçün Şuşada UNEC Moda Evinin yaradılması planlaşdırılır.   

 

Bu barədə UNEC-dən bildirilib.