Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstan təqaüd proqramına sənəd qəbulu davam edir.

 

Proqrama son müraciət tarixi 15 yanvar 2021-ci il saat 23:59 təyin edilib.

 

Qeyd edək ki, namizədlərin Macarıstan tərəfinin elektron ərizə sistemi ilə yanaşı, Azərbaycan tərəfinin də elektron ərizə sistemində (app.htp.edu.az) qeydiyyatdan keçməsi mütləqdir.

 

Sənəd qəbulu barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.