Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Radiasiya materialşünaslığı ixtisası üzrə II kurs magistrantı Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) beynəlxalq təqaüd proqramının qalibi seçilib.

 

Belə ki, nüvə enerjisi və texnoloji sahələrdə gender bərabərliyinə töhfə məqsədi ilə dünyanın 90 ölkəsini təmsil edən 550 namizəd arasından 100 nəfər qız tələbə AEBA tərəfindən Mariya Skadlovskaya-Küri Təqaüd Proqramının qalibi elan olunub.

 

AMEA-dan bildirilib ki, K.Baxışova sözügedən təqaüd proqramını qazanan ilk azərbaycanlı tələbədir.