Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi ilə "Təhsildə güzəşt və ADPU təcrübəsi" adlı tələbələr və ictimaiyyət üçün müzakirələr təşkil olunub.

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən tədbir qurumun rəsmi Facebook səhifəsi üzərindən yayımlanıb. Müzakirələrdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, şöbənin baş mütәxәssisi Cavid Hüseynov və ATGTİ-nin sədri Pərviz Mirələmli iştirak edib.

 

Professor Cəfər Cəfərov son 5 il ərzində ADPU-da aparılan keyfiyyət və tələbəyönümlü islahatların müxtəlif aspektləri haqqında məlumat verib. Bildirilib ki, yarandığı dövrdən bəri universitet qarşısına qoyduğu strateji hədəflərə doğru tam gücü və potensialı ilə irəliləyib, onlayn təhsil platforması formatında da müəyyən texniki və metodiki işləri uğurla  aparıb.

 

Universitetin sosial-ictimai mühiti, tələbələrlə ictimai əlaqənin qurulması mexanizmləri, ADPU-nun ictimaiyyətlə əlaqələrinin cari reallıqlara uyğun modeli haqda professor Fikrət Rzayev, tədrisin təşkilinin spesifik məsələləri barəsində  isə  dosent Eldar Aslanov geniş məlumat verib.

 

2 saata yaxın sürən müzakirələrdə yayıma qoşulan tələbələrin sualları da cavablandırılıb.