Türkiyənin İstanbul Aydın Universitetində 25 yanvar-5 fevral tarixlərində Qış Məktəbi təşkil olunacaq.

 

Qış məktəbinə “Digital Marketing”, “Current Issues in International  Politics” və  “Project Management” fənlərinin distant tədrisi daxildir.

 

Tələbələr təhsil və akademik maraqlarına uyğun bir kurs seçəcəklər. Onlayn öyrənmə yolu ilə yeni bilik və bacarıqlara yiyələnmək imkanı qazanacaqlar. Davamiyyət tələblərini yerinə yetirən, imtahanları uğurla verən tələbələr universitet tərəfindən mükafatlandırılacaq.

 

Bu barədə UNEC-dən bildirilib. 

 

ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT