Abşeron rayonu Qobu qəsəbəsi 3 nömrəli tam orta məktəbdə “Qarabağın memarlıq abidələrini tanıyaq" adlı layihə həyata keçirilib.   

 

Təsviri incəsənət müəllimi Sahib Şəmizadənin rəhbəri olduğu layihənin keçirilməsində əsas məqsəd Qarabağda yerləşən maddi mədəniyyət abidələrini gənc nəsilə daha yaxından tanıtmaq, tarixi tikililər haqqında şagirdləri maarifləndirmək, həmçinin məktəblilərin ev şəraitində asudə vaxtını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

 

Şagirdlər bu layihədə Qarabağın memarlıq abidələrini tanımaqla yanaşı, qədim maddi mədəniyyət abidələrinin tarixi barədə yeni biliklərə də yiyələniblər. 

 

Layihə yekunlaşdıqdan sonra uğur qazanan şagirdlərə elektron sertifikatlar təqdim edilib.