Füzuli rayon 45 nömrəli tam orta məktəbdə dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyi qeyd edilib.

 

Tədbirdə vurğulanıb ki, Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir.

 

Məktəbin direktoru İlahə Novruzova dünya şöhrətli alimin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Müəllimlərdən Təranə Həsənova və Büllurə Əliyeva  dahi alim haqqında öz fikir və təəssüratlarını bölüşüblər.

 

Sonda tədbir iştirakçıları Azərbaycanın görkəmli alimi ilə fəxr etdiklərini vurğulayıblar.

 

Şakir CƏFƏROV