Balakən rayon ümumtəhsil məktəblərində  yol hərəkəti qaydalarının şagirdlər arasında təbliğinin gücləndirilməsi və şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə tədbirlərin keçirilməsi davam edir.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, A.Səhhət adına Hənifə kənd tam orta,  M.F.Axundov adına Sarıbuaq kənd tam orta,  Qullar 3 nömrəli kənd ümumi orta  və rayonun digər təhsil ocaqlarında “Yol hərəkət qaydalarını öyrənirik”  adlı maraqlı tədbirlər keçirilib.

 

Tədbirlərdə məktəbliləri  maraqlandıran suallar cavablandırılıb.

 

Şakir CƏFƏROV