Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib.

 

Təhsil şöbəsindən aldığımız  məlumata görə, tədbirdə  rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova,  rayon icra hakimiyyəti  yanında  İctimai  Şuranın sədri Elçin Quliyev, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyinin sədri Rəfil Mustafayev  və başqaları iştirak edib.

 

Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və Müzəffər Ordumuzun rəşadəti nəticəsində tarixi qələbə qazanılıb, 30 ildir düşmən tapdağı altında olan dədə-baba yurdumuz azad edilib. Lakin mənfur düşmənin törətdiyi faciələr, soyqırımlar, vandallıqlar unudulmamalıdır. 26 fevral 1992-ci il tarixində mənfur düşmənin Xocalıda törətdiyi soyqırım bizim qan yaddaşımızdır. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Belə tədbirlərin keçirilməsində də əsas məqsəd gənc nəslə vətənpərvərlik hisslərini daha da aşılamaq, onlara ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat vermək və  daima Xocalı sakinlərinin yanında olduğumuzu göstərməkdir.

 

Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Xocalı soyqırımına həsr olunmuş “Tarixi həqiqətin soyqırımı” adlı kitab məktəb kitabxanalarına hədiyyə olunub.

 

Şakir CƏFƏROV