Dövlət İmtahan Mərkəzi (DİM) ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanının vaxtını açıqlayıb. Bildirilib ki, imtahan  7 mart 2021-ci il tarixində  keçiriləcək.

 

Bu imtahanda iştirak edəcək şagirdlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etməlidir.

 

İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” müvafiq təhsil müəssisələri tərəfindən də çap olunub şagirdlərə təqdim oluna bilər.