Qax rayonu Qaratala kənd tam  orta məktəbində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatımızın sönməz günəşi” adlı tədbir keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Hüseynovanın təşkilatçılığı  ilə  keçirilən  tədbirdə V-VII sinif şagirdləri və məktəb rəhbərliyi iştirak edib.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, tədbirdə şagirdlərə Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə məlumat verilib, şairin əsərlərindən parçalar səsləndirilib, seirlər söylənilib və  əsərlərinə çəkilən illüstrasiyalar nümayiş etdirilib.

 

Şakir CƏFƏROV