Biləsuvar rayon ümumtəhsil  məktəblərində şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərlik  və qəhrəmanlıqlarının təbliği, məktəblərdə hərbi vətənpərvərlik ruhunun yüksədilməsi məqsədilə tədbirlər  keçirilir.

 

Rayon təhsil şöbəsindən bildiriblər ki, ümumtəhsil məktəblərinin  ən qabaqcıl siniflərinə şəhidlərimizin adı verilir. Bu siniflərdə yaradılan guşələrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından  keçmiş qəhrəman vətən  övladlarının xatirəsinin əbədiləşdirilməsi, məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə ətraflı məlumatlandırılması məqsədilə  davamlı işlər aparılır.

 

Rayonun Nərimankənd tam orta məktəbinin məzunu  şəhid Pərvin Əliyevin adı doğum günündə oxuduğu sinif otağına verilib və otaq şəhidin şəkilləri ilə bəzədilib.

 

Layihə  rayonun digər ümumtəhsil məktəblərində    də davam edir.

 

Şakir CƏFƏROV