Qubadlı rayon Teymur Müskanlı kənd tam orta məktəbinin sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Sevda Zeynalova IX-XI sinif şagirdləri ilə Microsoft Teams platforması üzərindən "Zərərli vərdişlərə yox deyək" adlı onlayn görüş keçirib.

 

Təhsil şöbəsindən verilən məlumata görə, görüşün keçirilməsində məqsəd şagirdləri narkotik maddələrdən uzaq durmaları, sağlamlıqlarını qorumaları yönündə maarifləndirmək olub. Onlara savadlı, vətənpərvər bir şəxsiyyət kimi yetişmələri üçün gərəkli tövsiyələr verilib.

 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Şakir CƏFƏROV