Astara Şahağac kənd 1 saylı tam orta məktəbində psixoloq Günel Novruzovanın rəhbərliyi ilə "Böhran zamanı uşaqlara psixososial dəstək" mövzusunda tədbir keçirilib. Microsoft Teams platforması üzərindən təşkil olunan tədbirdə valideynlər də iştirak edib.

 

Təhsil şöbəsindən verilən məlumata görə, maarifləndirmə xarakteri daşıyan tədbirdə böhran zamanı uşaqlara psixososial dəstəyin göstərilməsi yolları izah edilib. Şagirdləri və onların valideynlərini maraqlandıran suallar da  cavablandırılıb.

 

Şakir Cəfərov