Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin 3 b sinfində “Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları təşkil olunub.

 

Təhsil şöbəsindən bildiriblər ki, məktəblilər 44 günlük II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən oğulları haqqında hazırladıqları təqdimatlarla çıxış ediblər. Təqdimatlarda şəhidlərin həyatı, döyüş yolu haqqında məlumatlar, fotoşəkillər, videoçarxlar əks olunub, məktəblilər öz şeirləri ilə şəhidlərə hörmət, ehtiram və sevgilərini ifadə ediblər.

 

Təqdimatları izləyən məktəbin direktoru F.Fərzəliyeva Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bu şanlı qələbədən danışıb, qələbənin qazanılmasına görə Azərbaycan xalqının hər zaman əziz şəhidlərinə borclu və minnətdar olduğunu qeyd edib. F.Fərzəliyeva təşkilatçılığa görə sinif rəhbərinə və fəal iştiraklarına görə şagirdlərə təşəkkürünü bildirib, şəhidlərimizin bizə əmanəti olan bütöv Azərbaycanı qorumağın gələcək nəsillərin öhdəsinə müqəddəs vəzifə kimi düşdüyünü vurğulayıb.

 

Şakir CƏFƏROV