“Məktəblinin dostu” layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə 1 May Beynəlxalq Əmək Günü münasibəti ilə maarifləndirici təlim keçirilib.

 

Təlimdə Bakı şəhəri 95 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı və Xidmətin baş əmək müfəttişi Arif İmamverdiyev iştirak ediblər.

 

Tədbirdə “1 May Beynəlxalq Əmək Günü”, “Azərbaycan Respublikasının Əmək qanunvericiliyi sistemi”, “Əmək haqqı nədir?”, “Əmək münasibəti niyə rəsmiləşdirilməlidir və bunun üstünlükləri nədədir?”, “Kimlər əmək müqaviləsi bağlaya bilər və tərəfləri kimlərdir?”, “İş gününün müddəti neçə saat ola bilər?”, “15-18 yaş arası işçilər gün ərzində neçə saat işləyə bilər?”, “Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər” mövzularında məktəblilərə geniş məlumat verilib.

 

Təlimin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Ruhiyyə